Bank Of Baku

Şamaxı rayonu ərazisindən axan Pirsaatçayda suyun səviyyəsi kəskin artıb

Şamaxı rayonu ərazisindən axan Pirsaatçayda suyun səviyyəsi kəskin artıb
# 20 iyul 2012 10:12 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. İyulun 19-u gün ərzində və 19-dan 20-nə keçən gecə ölkə ərazisində yağan leysan xarakterli yağışlar nəticəsində Şamaxı rayonu ərazisindən axan Pirsaatçayda suyun səviyyəsi kəskin artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Naxçıvançayda suyun səviyyəsi 5, Lənkərançayda 11, Viləşçayda isə 25 santimetr artıb.

Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 30 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 160 kubmetr /saniyə, ongünlük normanın 143 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 48 santimetr artım baş verib. Hazırda məntəqədə su sərfi 194 kubmetr/saniyə olmaqla, ongünlük normanın 93 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə edilir. Surra və Şirvan məntəqələrində suyun səviyyəsi 10 santimetr azalıb, Salyanda səviyyə dəyişməyib, lakin Bankədə 10 santimetr artım, Araz çayının Novruzlu məntəqəsində isə 5 santimetr azalma qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 399, Şirvanda, Salyanda 238, Bankədə 247, Araz çayının Novruzlu məntəqəsində isə 120 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR