Bank Of Baku

Azərbaycanda rəqəmsal yayıma tam keçid bu ilin sonuna kimi reallaşa bilər

Azərbaycanda rəqəmsal yayıma tam keçid bu ilin sonuna kimi reallaşa bilər
# 20 iyul 2012 11:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda rəqəmsal yayıma tam keçidin 2013-cü ilə qədər həyata keçirilməsi planlaşdırılır. APA-nın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Şura sədri bununla bağlı aztəminatlı əhaliyə yardım göstərilməsi üçün dövlət başçısına müraciət edildiyini və hazırda hökumətdə bu məsələyə baxıldığını vurğulayıb. Onun sözlərinə görə, qərar qəbul olunarsa, təxminən 130 min insana yardım olunacaq: «Bu olarsa, biz rəqəmsal yayıma daha tez keçə bilərik, analoq yayımı dayandırarıq. Bununla bağlı 5-6 milyon manat vəsait Müdafiə Sənayesi Nazirliyinin müvafiq zavoduna investisiya şəklində verilərsə, onda dekoderlərin qiyməti aşağı düşər. Həmin dekoderlər aztəminatlı ailələrin özlərinə birbaşa əşya kimi təqdim olunardı. Bunun çox gözəl mexanizmi var. Əgər dekoderlər hazır olarsa, onları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi siyahıya uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq şöbələri qısa müddətdə əhaliyə çatdıra bilər».

N. Məhərrəmli internet televiziyaların fəaliyyətinin tənzimlənməsi məsələsinə də toxunub. Bununla bağlı Avropa ölkələrində uzun müddətdir müzakirələrin aparıldığını deyən Şura sədrinin sözlərinə görə, hələlik ortada konkret mexanizmlər yoxdur: “Azərbaycanda internet televiziyalarının sayı son zamanlar xeyli artıb. İnternet radio və televiziyaların sayı 30-a yaxınlaşıb. Bunu tənzimləyəcək mexanizm demək olar ki, yoxdur. Amma istənilən halda internet və efir televiziyası getdikcə artır, hər ikisinin imkanları bir-birilə çuğlaşaraq birləşir. İnternetin təsiri cəmiyyətdə getdikcə artır və artdıqca da təbii ki, onun tənzimlənməsi ehtiyacı yaranır. Efir televiziyası tənzimlənirsə, nə üçün internet televiziyası tənzimlənməməlidir? Avropa ölkələrində də, bu məsələ ilə bağlı ciddi müzakirələr gedir. Sonda yəqin ki, vahid tənzimlənmə yolu tapılacaq və biz o zaman məsələyə baxacağıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR