Bank Of Baku

AMEA Tarix İnstitutu “Naxçıvan tarixi” adlı iki cildlik monoqrafiyanı çapa hazırlayır

AMEA Tarix İnstitutu “Naxçıvan tarixi” adlı iki cildlik monoqrafiyanı çapa hazırlayır
# 20 iyul 2012 11:48 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Naxçıvan tarixi” adlı iki cildlik fundamental monoqrafiyanın çapa hazırlanması başa çatmaq üzrədir. Monoqrafiyada ən qədim zamanlardan müasir dövrədək Naxçıvan tarixinin parlaq səhifələri öz əksini tapıb. AMEA Tarix İnstitutundan APA-ya verilən məlumata görə, kitabda, həmçinin dünyanın ən qədim şəhərlərindən biri olan Naxçıvanın tarixinə dair zəngin illustrasiya materialı da veriləcəkdir. Əsər Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və AMEA-nın Naxçıvan Bölməsinin Elmi Şuralarının birgə iclasında müzakirə olunub və bəyənilib. Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun qrantı əsasında hazırlanan bu əsər üzərində iş yekunlaşmaq üzrədir. İki cildlik “Naxçıvan tarixi” monoqrafiyasının nəşrinin 2013-cü ildə başa çatdırılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR