Bank Of Baku

Bakıda qəbul imtahanlarının keçirildiyi məntəqələrdə 17 nəfərə təcili tibbi yardım göstərilib

Bakıda qəbul imtahanlarının keçirildiyi məntəqələrdə 17 nəfərə təcili tibbi yardım göstərilib
# 20 iyul 2012 11:42 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Bakıda ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanlarının keçirildiyi məntəqələrdə 17 nəfər təcili tibbi yardıma müraciət edib. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, qəbul imtahanları keçirilən məntəqələrdə təcili yardıma müraciət edən 17 nəfərdən 3-ü valideyn, qalanları isə abituriyent olub.
Abituriyentlərdən birinin burnu qanayıb və o bu səbəbdən imtahana qatıla bilməyib. Digər müraciət edənlərə tibbi yardım göstərilib, onlardan xəstəxanaya yerləşdirilən olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR