Bank Of Baku

AMEA Geologiya İnstitutunda Geokimyəvi Tədqiqatlar Mərkəzi yaradılacaq

AMEA Geologiya İnstitutunda Geokimyəvi Tədqiqatlar Mərkəzi yaradılacaq
# 20 iyul 2012 11:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun “Azərbaycan nefti” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 1 milyon manatlıq qrant mükafatına layiq görülüb. İnstitutun mətbuat xidmətindən APA-uya verilən xəbərə görə, layihə çərçivəsində Geokimyəvi Tədqiqatlar Mərkəzi təşkil ediləcək. Burada qurulacaq geokimyəvi laboratoriyada neftlə əlaqəli xromata-kütlə spektrometriyası, termiki analiz, kalorimetriya, termoqravimetriya, element analizi, dinamik işıq paylanması və digər üsullarla tədqiqatlar aparılacaq. Bu işlər üçün İsveçrənin “Perkin Elmer” şirkətindən müasir elmi-tədqiqat avadanlıqları alınacaq.
AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib ki, neftin mənşəyi ilə bağlı bir çox elmi məsələ geokimyəvi tədqiqatların həll olunmamış və aktual mövzuları olaraq qalır. Bunu ötən ay Bakıda keçirilmiş “Böyük dərinliklərin karbohidrogen potensialı: gələcəyin enerji resursları – reallıq və proqnoz” adlı birinci Beynəlxalq konfransdakı çıxışlar da sübut edib. Akademik hesab edir ki, Geokimyəvi Tədqiqatlar Mərkəzi geologiya elmindəki bu sədləri aşmaq istiqamətində mühüm töhfələr verə bilər.

İnstitut adıçəkilən mərkəzin vasitəsi ilə gənc alimlərin xarici elmi qurumlardakı neft geologiyası üzrə treninqlərdə iştirakını təmin etməyi də nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR