Bank Of Baku

Azərbaycan əhalisinin sayı 9,3 mln. nəfərə çatıb

Azərbaycan əhalisinin sayı 9,3 mln. nəfərə çatıb
# 20 iyul 2012 12:07 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 107 nəfər olub. Əhalinin 52,9%-i şəhər, 47,1%-i isə kənd yerlərində məskunlaşıb və onların 49,6%-ni kişilər, 50,4%-ni qadınlar təşkil edib, 22%-i 0-14 yaşda, 72%-i 15-64 yaşda, 6%-i 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1 000 kişiyə 1 015 nəfər qadın düşür.

Bununla yanaşı, cari ilin yanvar-iyun ayları ərzində 86,4 min körpə doğulub və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,9-dan 19-dək artıb. Doğulanların 53,8%-i oğlanlar, 46,2%-i qızlardır. Körpələrin 896-sı əkiz, 24-ü isə üçəm doğulub.

Eyni zamanda cari ilin altı ayı ərzində ölkədə 28 min ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə ölüm eyni səviyyədə (6,1) qalaraq dəyişməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR