Bank Of Baku

Azərbaycanda ali məktəblərin I ixtisas qrupunun imtahlarından 39 abituriyent qovulub

Azərbaycanda ali məktəblərin I ixtisas qrupunun imtahlarından 39 abituriyent qovulub
# 20 iyul 2012 14:53 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, sözügedən abituriyentlər əsasən köçürməyə cəhd göstərdiklərinə görə imtahandan xaric ediliblər. İmtahan protokollarının ilkin nəticələrinə əsasən, imtahanda iştirak etməli olan 33533 abituriyentdən 1200 nəfər imtahana gəlməyib. E. Nağızadə deyib ki, bu gün axşam saatlarında bölmələr və variantlar üzrə imtahanda istifadə olunan sualların düzgün cavabları TQDK-nın rəsmi internet saytında yerləşdiriləcək. Həmçinin “Space” telekanalında yayımlanan “Abituriyent” verilişində də TQDK-nın ekspertləri tərəfindən I ixtisas qrupunda istifadə edilən sualların düzgün cavabları elan ediləcək. İmtahanın nəticələri isə yaxın günlərdə elan ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR