“İRƏLİ” “Müstəqil Dövlətlər Birliyinin Gənclər Günü” düşərgəsində təmsil olunur
21 iyul 2012 07:49 (UTC +04:00)
Bakı-APA. Rusiyada “Müstəqil Dövlətlər Birliyinin Gənclər Günü” düşərgəsi keçirilir. “İRƏLİ” İnctimai Birliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasının sədri Şahin Seyidzadənin rəhbərliyi ilə tədbirdə Azərbaycan nümayəndə heyəti ARGTMŞ–nin üzvləri olan “İRƏLİ” İctimai Birliyi, “Gələcəyə Körpü”, “Gənc Hüquqşunaslar Birliyi”, "Sağlam Düşüncə” Gənclər Təşkilatı və “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” nümayəndələri ilə təmsil olunur.
Tədbirdə “İRƏLİ” İctimai Birliyini Nəzarət Komissiyasının sədri Xəqani Fərəcov təmsil edir. Səfər çərçivəsində Rusiya Federasiyasının Şurası, Rusiya Federasiyasının Dövlət Duması, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi, Rusiya Federasiyasının İctimai Palatası ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
22 iyul tarixindən etibarən Moskva şəhərində rəsmi və ictimai təşkilatların nümayəndələri ilə görüşlər keçiriləcək. Qeyd edək ki, bu səpkili görüşlərin keçirilməsində əsas məqsəd gənclər təşkilatları arasında ikitərəfli yeni əməkdaşlıq əlaqələrinin qurulması, inkişaf etdirilməsi və hər bir ölkəni təmsil edən təşkilatların bir-biri ilə təcrübələrini paylaşaraq əldə etdikləri uğurları nümayiş etdirməkdir.

Sosial
DİN İdarə rəisi insan alveri cinayəti törədənlərin İnterpol xətti ilə axtarışındakı çətinliyi açıqlayıb
12:00
17 may 2024
Deputat: Kofeşoplarda 14-15 yaşlı uşaqlar işləyir
11:03
17 may 2024
Səfərbərlik Xidməti Lənkəranda gənclərlə görüş keçirib
10:58
17 may 2024
DİN İdarə rəisi: Ümumi cinayətlərin tərkibində insan alveri cinayətləri 1% də deyil
10:38
17 may 2024