Bank Of Baku

Qaraməryəm-İsmayıllı-Şəki yolunda iki zolaq üzrə hərəkət bərpa olunub

Qaraməryəm-İsmayıllı-Şəki yolunda iki zolaq üzrə hərəkət bərpa olunub
# 21 iyul 2012 09:37 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Qaraməryəm-İsmayıllı-Şəki avtomagistral yolunun 40 və 43-cü kilometrlərində aparılan təmir işləri başa çatıb. Bu barədə APA-ya İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rəfael Əhmədov bildirib. Onun sözlərinə görə, yolun hər iki zolağı üzrə hərəkət bərpa edilib.

Qeyd edək ki, iyulun 9-da güclü yağışlar nəticəsində yaranan sel suları Qaraməryəm-İsmayıllı-Şəki avtomagistral yolunun 40 və 43-cü kilometrlərini dağıtmışdı. Yararsız hala düşən yolda hərəkət bir zolaq üzrə davam etdirilirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR