Bank Of Baku

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 mln. nəfəri ötüb

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 mln. nəfəri ötüb
# 23 iyul 2012 09:36 (UTC +04:00)
Bakı – APA-Economics. Cari ilin birinci yarısında dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədilə davam etdirilən tədbirlər nəticəsində sistemdə fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 mln. nəfəri ötüb. Bu barədə “APA-Economics”ə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bu ilin 6 ayı ərzində Fond tərəfindən əlavə olaraq 80 889 vətəndaşa sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. 01.07.2012-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 047 743 nəfərə catıb. Sığortaolunanların 56,2 faizi kişi, 43,8 faizi isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,8 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21%-ni 30 yaşa kimi vətəndaşlar, 23,1%-ni 30-40 yaş aralığında olan vətəndaşlar, 21,7%-ni 50-60 yaş aralığında olan vətəndaşlar, 10,4%-ni 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Qeyd edək ki, fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR