Bank Of Baku

Azərbaycanda ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozan 103 əcnəbi saxlanılıb

Azərbaycanda ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozan 103 əcnəbi saxlanılıb
# 23 iyul 2012 14:01 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən iyulun 16-dan 21-dək Bakı, Gəncə, həmçinin Bərdə, Ağcabədi, Yevlax, Şəki Göygöl, Tovuz, Qazax, Xaçmaz və Şabran rayonlarında qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib.

DMX-dan APA-ya verilən məlumata görə, həyata keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozmuş 103 əcnəbi aşkar edilib. Saxlanılan şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR