Bank Of Baku

Gün ərzində Bakıda bir günvurma və bir suda boğulma hadisəsi baş verib

Gün ərzində Bakıda bir günvurma və bir suda boğulma hadisəsi baş verib
# 24 iyul 2012 08:14 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Dünən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına bir günvurma və bir suda boğulma hadisəsi ilə əlaqədar müraciət daxil olub. Stansiyanın operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya bildirib ki, Novxanı çimərliyində suda boğulma təhlükəsi ilə üzləşən 23 yaşlı Vüsal Abdullayevə tibbi yarım göstərilib və o, Mərkəzi Kilinik Xəstəxanaya yerləşdirilib.

Z. Vahidova günvurma hadisəsinin Neft Daşlarında baş verdiyini deyib. Onun sözlərinə görə, 28 yaşlı neftçi Tural İsmayılov günvurma diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bununla da, iyunun 5-dən bu günədək paytaxtda günvurma ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı 47 nəfərə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR