Bank Of Baku

Sabah Abşeron yarımadasında 40 dərəcə isti proqnozlaşdırılır

Sabah Abşeron yarımadasında 40 dərəcə isti proqnozlaşdırılır
# 24 iyul 2012 09:51 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Sabah Bakıda və Abşeron yarımadasında isti hava şəraiti proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sabah mülayim şimal küləyi əsəcək, havanın temperaturu gecə 23-28, gündüz 34-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 , dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR