Bank Of Baku

Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanlarında 197 nəfər “sıfır” nəticə göstərib

Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanlarında 197 nəfər “sıfır” nəticə göstərib
# 24 iyul 2012 10:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 197 nəfər “0” nəticə göstərib. Bu açıqlamanı APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə verib. Onun sözlərinə görə, I ixtisas qrupunun qəbul imtahanlarında 2616 nəfər 0-20, 4140 nəfər 20-40, 3748 nəfər 40-60, 2989 nəfər 60-80, 2410 nəfər 80-100, 1928 nəfər 100-120, 1632 nəfər 120-140, 1453 nəfər isə 140-160 bal nəticə göstərib.

Qəbul imtahanlarında ən yüksək nəticə 690 bal olub. Bu nəticəni 2 nəfər göstərib. Ümumilkdə I ixtisas qrupu imtahanlarında 234 nəfər 600-dən yuxarı bal toplayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR