Bank Of Baku

Azərbaycanın tibbi-sosial reabilitasiya sistemi Avropa təcrübəsinə uyğunlaşdırılacaq - FOTO

Azərbaycanın tibbi-sosial reabilitasiya sistemi Avropa təcrübəsinə uyğunlaşdırılacaq - <font color=red>FOTO</font>
# 24 iyul 2012 15:00 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa Komissiyasının ekspertləri ilə birgə “Avropa Qonşuluq Siyasəti və Tvinninq proqramlarının mahiyyəti” mövzusunda seminar keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, seminarda çıxış edən ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov bildirib ki, Avropa Qonşuluq siyasəti və tərəfdaşlığı çərçivəsində Azərbaycanın bütün sosial-iqtisadi sahələrində həyata keçirilən islahatların səmərəli nəticələrinə nail olmaq məqsədilə, son dövrlərdə nazirlik də Tvinninq və TAİEX proqramları çərçivəsində Avropanın qabaqcıl dövlətləri ilə əməkdaşlıq edir. İslahatlar çərçivəsində nazirliyin əsas məqsədi sosial müdafiə sistemində mövcud olan qanunvericiliyin mərhələlərlə Avropa İttifaqına üzv olan dövlətlərin qanunvericiliyinə uyğunlaşdırılmasından ibarətdir. Xüsusən də Tvinninq və TAİEX layihələrində bu məsələ əsas fəaliyyət istiqaməti və əldə olunacaq müsbət nəticə kimi irəli sürülür.

Seminarda sosial müdafiə sisteminin islahatları çərçivəsində Tvinninq layihələrinin mahiyyəti, məqsədi, mütləq nəticələri müzakirə edilib. Layihələr çərçivəsində həyata keçirilən əsas tədbirlər barədə məlumat verilib. Tədbirdə “Əlilliyi olan şəxslər üçün qabaqcıl Avropa ölkələrinin təcrübəsinə əsaslanan tibbi-sosial reabilitasiya sisteminin inkişafı” layihəsi ilə bağlı rəy və təkliflər irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR