Bank Of Baku

Gənclər Fondu Müşahidə Şurası sabah ilk qrant müsabiqəsinin nəticələrini açıqlayacaq

Gənclər Fondu Müşahidə Şurası sabah ilk qrant müsabiqəsinin nəticələrini açıqlayacaq
# 24 iyul 2012 16:50 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu ilk qrant müsabiqəsini elan edib. APA-nın məlumatına görə, müsabiqədə iştirak etmək üçün gənclər təşkilatları və fərdi şəxslər Fondun saytında (www.youthfoundation.az) qeydiyyatdan keçməli və onlayn formada layihə təklifi ilə müraciət etməli idilər. Müsabiqə Fondun saytında qeyd olunan 5 kateqoriya - А, В, C, D və E kateqoriyaları üzrə keçirilib. А, В və С kateqoriyaları üzrə layihə qəbulu 15 iyul tarixində dayandırılıb. Digər 2 kateqoriya üzrə isə mütəmadi müraciətlər qəbul olunur.
Fondun saytında qeydiyyatdan keçmiş 172 təşkilat və 83 fərdi şəxsdən, 15 iyul tarixinədək A kateqoriyası - yerli layihələr üzrə 127, В (beynəlxalq layihələr) və С (yaradıcı gənclərə dəstək layihələr) kateqoriyaları üzrə hər birinə 19 layihə təqdim olunub. D kateqoriyası gənc alimlərin, ictimai, fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsi məqsədilə yaradılmış və hal-hazırda bu kateqoriya üzrə 12 müraciət qalıb. Sonuncu E kateqoriyası yalnız xarici ölkələrin gəncləri və gənclər təşkilatlarının Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin maliyyələşdirilməsi üçündür. Bu kateqoriya ilə çox sayda xarici vətəndaşlar və təşkilatlar maraqlanıb, lakin hələ rəsmi müraciət olmayıb.
Fonda daxil olunan bütün layihələrə Fondun Müşahidə Şurası tərəfindən baxılıb. Müşahidə Şurasının qərarına əsasən, A kateqoriyası üzrə 127 layihədən 104 layihə, В kateqoriyası üzrə 16 layihə, С kateqoriyası üzrə isə 9 layihə seçilib. Ümumilikdə, layihə müraciətlərinə əsasən, gənclər və QHT-lər tərəfindən təqdim olunan layihələrdə 4 580 798, 932. istənilib, yekunda Müşahidə Şurasının qərarına əsasən, bu məbləğ 1 950 820 manat olub.
Müşahidə Şurasının qərarı 25 iyul 2012-ci il saat 15:00-da "Kempinski Hotel Badamdar”da keçiriləcək mətbuat konfransında mətbuat nümayəndələrinə və qalib təşkilatlara elan ediləcək və layihələrin siyahısı Fondun saytında yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR