Bank Of Baku

Sabah Azərbaycan paytaxtında yağmursuz, isti hava şəraiti proqnozlaşdırılır

Sabah Azərbaycan paytaxtında yağmursuz, isti hava şəraiti proqnozlaşdırılır
# 25 iyul 2012 09:50 (UTC +04:00)
Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu gecə 23-26, gündüz 30-35 dərəcə isti təşkil edəcək. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR