Bank Of Baku

Daha 105 aztəminatlı ailə “Özünədəstək” layihəsinə cəlb olunub

Daha 105 aztəminatlı ailə “Özünədəstək” layihəsinə cəlb olunub
# 25 iyul 2012 11:55 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağcabədi rayonunda 60, Ağdam, Fizuli və Beyləqan rayonlarının hər birində isə 15 ailə olmaqla, ümumilikdə 105 ailə ilə “Özünədəstək” - birdəfəlik ünvanlı sosial yardım proqramına cəlb olunmaq barədə “Sosial müqavilə”lər imzalanıb və onlara bildirişlər paylanıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ağcabədi rayonunda keçirilən tədbirdə iştirak edən Əmək və yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev bildirib ki, məqsəd aztəminatlı ailələrin ünvanlı yardımdan asılılığını aradan qaldırılması, öz potensiallarını reallaşdırmaq üçün şərait yaradılmasıdır. Onun sözlərinə görə, ötən ilin martında Tovuz rayonunun cəbhəyanı Vahidli kəndində sınaq işlərinə başlanılan proqram ötən müddətdə Masallı, Xaçmaz, İsmayıllı, Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Bakının Nizami rayonlarında, Sumqayıt şəhərində icra olunub. Nazirlik yanında fəaliyyət göstərən, ixtisaslaşmış QHT-lərin təmsil olunduğu İctimai Şuranın üzvləri bu proqrama cəlb olunan ailələrin seçilməsində fəal iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR