Bank Of Baku

Azərbaycan paytaxtında inşa olunacaq yeni Zooloji Parkın master konsepsiyası hazırlanıb - FOTO

Azərbaycan paytaxtında inşa olunacaq yeni Zooloji Parkın master konsepsiyası hazırlanıb - <font color=red>FOTO</font>
# 25 iyul 2012 13:00 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Zooloji Parkın tikintisinin 3 mərhələdə aparılması planlaşdırılıb. Birinci mərhələdə, ilkin olaraq Zooloji Parkın 4,6 hektarlıq sahəsini əhatə edəcək hissəsində vəhşi heyvanlar üçün xəstəxana, saxlanc yerlərinin və sair bu kimi obyektlərin inşası nəzərdə tutulur. Bu hissə hazır olduqdan sonra Bakı şəhərində yerləşən Heyvanat Parkının oraya köçürülməsi həyata keçiriləcək. İkinci və üçüncü mərhələdə isə, Zooloji Parkın qalan 50 hektardan artıq hissəsində tikinti işlərinin aparılması planlaşdırılır. Bu mərhələdə əsas sərgi salonlarının, vəhşi heyvan volyerlərinin və terrariumların inşası, ərazinin daxili yollarının və tramvay xəttinin çəkilişi, zəruri coğrafi relyeflərin, həmçinin mühitlərin (qitələr üzrə bölgələrin) yaradılması nəzərdə tutulur. Birinci mərhələ üzrə layihə sənədləri qanunvericiliyə uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə təqdim olunub. Hazırda sənədlərə baxılması prosesi yekun mərhələsindədir. Həmçinin hazırda Zooloji Parkların tikintisi sahəsində beynəlxalq təcrübəsi olan, ixtisaslı şirkətin müəyyən olunması üzrə qanunvericiliyə müvafiq işlər aparılır.

Qeyd edək ki, “Zooloji Parkın yaradılması haqqında” ölkə başçısının 26 dekabr 2008-ci il tarixli sərəncamının icrası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. Zooloji Parkın dizayn, tikinti və inkişaf planı layihəsinin hazırlanması ilə əlaqədar nazirlik tərəfindən beynəlxalq tender keçirilib və tenderin qalibi olmuş “Ekodenge Engineering and Consultancy Ltd” şirkəti ilə müqavilə imzalanıb. Artıq 2010-cu ilin iyun ayından etibarən şirkətin mütəxəssisləri müvafiq çalışmalara start veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR