Bank Of Baku

Azərbaycanda rəsmi işsizlərin sayı 38 min nəfərdir

Azərbaycanda rəsmi işsizlərin sayı 38 min nəfərdir
# 25 iyul 2012 13:32 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin yanvar-may aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin orta siyahı sayı 1 368,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 848,9 min nəfər, qeyri-dövlət bölməsində isə 519,9 min nəfər təşkil edib.

Bununla yanaşı, iqtisadiyyatın neft sektorunda 36,7 min nəfər, qeyri-neft sektorunda isə 1 332,1 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 329,3 min nəfər təşkil edib.

Cari il iyul 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 38 min nəfər olub, onların 42,5%-ni qadınlar təşkil edib. Hər bir boş iş yerinə (vakansiyaya) işsiz statusuna malik olanların 2 nəfəri düşür. İşsizliyə görə müavinətin orta məbləği 208,7 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR