Bank Of Baku

Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov xəstələrin müalicə üçün xaricə üz tutmasına münasibət bildirib

Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov xəstələrin müalicə üçün xaricə üz tutmasına münasibət bildirib
# 26 iyul 2012 09:19 (UTC +04:00)
Ona görə də, bir ölkədən digərinə müalicə üçün gedənlərin sayı çoxdur. Amma bu o demək deyil ki, Azərbaycanda səhiyyə sahəsi inkişaf etməyib». APA-nın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov bildirib.

Ə. Əmiraslanov Azərbaycanda mütəxəssis olmaması barədə fikirləri yanlış adlandırıb: “Kiminsə imkanı böyükdür və müalicə üçün xaricə gedirsə, onun qarşısını ala bilmərik. Hətta onu deyim ki, başqa ölkələrdə əməliyyat olunmuş xəstələrdə xarici mütəxəssislərin buraxdığı səhvləri tez-tez görürük. O səhvləri düzəltdiyimizə dair o qədər misal gətirə bilərəm ki. Bu, həkim sirri olduğu üçün açmaq istəmirik, amma xüsusilə qonşu ölkələrdə elə səhvlər edirlər ki, bu da insana həyatı bahasına başa gəlir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR