Bank Of Baku

Əhliman Əmiraslanov: “Hesab edirəm ki, «Reprodiktiv sağlamlıq haqqında» qanun layihəsi çox vacibdir”

Əhliman Əmiraslanov: “Hesab edirəm ki, «Reprodiktiv sağlamlıq haqqında» qanun layihəsi çox vacibdir”
# 26 iyul 2012 10:14 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov bildirib.

Deputatın sözlərinə görə, hazırda «Pasiyentlərin hüquqları haqqında» qanun layihəsi hazırlanır. Eyni zamanda «Reproduktiv sağlamlıq haqqında» qanun layihəsi isə artıq hazırdır: «Bu sənəd hələ ötən çağırış parlamentin müzakirəsinə təqdim edilsə də, həm bir çox millət vəkilləri tərəfindən, həm də cəmiyyətdə narazılıqla qarşılandı. Hazırda bu sənəd üzərində iş gedir, müəyyən narazılıq doğuran məqamlar layihədən çıxarılır».

Qanun layihəsində narazılıq doğuran məqamlardan birinin süni mayalanma ilə bağlı olduğunu deyən Ə. Əmiraslanovun sözlərinə görə, bu gün minlərlə ailələr övladı olmadığına görə dağılır: «Bu ailələri qorumaq lazımdır. Övlad sahibi olmaq hər kəsin arzusudur. Ona görə də, bu məsələdə real düşünmək lazımdır. Süni mayalanma ilə olsa da, uşağın valideynləri həmin insanlardır. Yəni bu amil ailələrin dağılmasının qarşısının alınmasında vacib rol oynayır. Ona görə də, hesab edirəm ki, «Reprodiktiv sağlamlıq haqqında» qanun layihəsi çox vacibdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR