Bank Of Baku

Amerika Ticarət Palatasının üzvləri “Ümid Yeri” Uşaq Sığınacağına yardım edir

Amerika Ticarət Palatasının üzvləri “Ümid Yeri” Uşaq Sığınacağına yardım edir
# 26 iyul 2012 10:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Amerika Ticarət Palatası özünün Korporativ Sosial Məsuliyyət (KSM) siyasəti çərçivəsində cəmiyyətin həssas təbəqələrinin əqli bacarıqlarının inkişafına yönəldilmiş növbəti layihəsini həyata keçirir.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, İKT komitəsinin təşəbbüsü olan bu layihə “Ümid Yeri” Uşaq Sığınacağına kompleks yardım olaraq bilgisayar avadanlığı və müvafiq lisenziyalı proqramların təmin olunması, internet xətti və kabel televiziyasının çəkilməsi, eləcə də uşaqların bilgisayar və internet sahəsində təlimatlandırılmasını nəzərdə tutur. Kampaniya çərçivəsində Palata nümayəndə və üzvləri - “Microsoft”, “Rapid Solutions”, “PwC”, “Connect”, “Bakcell” şirkətləri və “Children of Azerbaijan” hərəkatının təmsilçiləri “Ümid Yeri” Uşaq Sığınacağına səfər edəcək.

Qeyd edək ki, 15 ildən bəri fəaliyyət göstərən “Ümid Yeri” uşaq sığınacağı Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli istiqamətində iş aparır: «Bu müddət ərzində təşkilat dinindən, dilindən, irqindən asılı olmayaraq çətin vəziyyətə düşmüş 1500 nəfərədək azyaşlı uşağı və yeniyetməni insan kimi məhv olmaq təhlükəsindən xilas edib, onları normal uşaq həyatına qaytarıb, yüzlərlə uşaq və yeniyetmə sözün həqiqi mənasında vətəndaş kimi itirilmək təhlükəsindən qurtulub. Xüsusilə küçə həyatına məruz qalmış uşaqlara kömək bu təşkilatın prioritet hesab etdiyi məsələlərdəndir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR