Bank Of Baku

Azərbaycanda ali məktəblərə IV ixtisas qrupu üzrə imtahan keçiriləcək binaların təhlükəsizliyi yoxlanılıb

Azərbaycanda ali məktəblərə IV ixtisas qrupu üzrə imtahan keçiriləcək binaların təhlükəsizliyi yoxlanılıb
# 26 iyul 2012 13:13 (UTC +04:00)
Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, imtahan binalarının təhlükəsizliyi yoxlanılıb və mühafizəyə götürülüb.

IV ixtisas qrupunun imtahanları respublikanın 6 şəhərində - Bakıda, Naxçıvanda, Gəncədə, Sumqayıtda, Şəkidə, Lənkəranda 28 binada keçiriləcək. Bakıda 9197, Naxçıvanda 1626, Gəncədə 1762, Sumqayıtda 1340, Şəkidə 713, Lənkəranda isə 770 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR