Bank Of Baku

Gəncənin qədim Səbiskar qəbiristanlığında kompleks təmir-bərpa işləri aparılacaq

Gəncənin qədim Səbiskar qəbiristanlığında kompleks təmir-bərpa işləri aparılacaq
# 26 iyul 2012 16:50 (UTC +04:00)
APA-nın Qərb bürosunun məlumatına görə, 400 ilə yaxın yaşı olan və şəhərin qədim məhəllələrindən birində yerləşən bu qəbiristanlıqda 18 tarixi türbə və yüzlərlə qədim məzar var. Tarixi abidənin təmir-bərpa layihəsində məzarlığın ətrafına dövrələmə hasar çəkilməsi, məzarlıqlar arasında üfüqi sıralara asfalt örtük vurulması, yaşıllaşdırma-abadlıq işlərinin aparılması nəzərdə tutulub. Orta əsrlər memarlığı üslubunda tikilmiş qədim türbə və sərdabələr də qədimiliyi qorunub saxlanmaqla təmir olunacaq. Qeyd edək ki, sovetlər dövründə Gəncə xanı Cavad xanın şəhər mərkəzində yerləşən Şah Abbas məscidinin həyətindəki məzarı dağıdılıb, onun cəsədinin qalıqları məhz Səbiskar qəbiristanlığında dəfn olunub. Müstəqilliyin ilk illərində şəhəri ictimaiyyətinin təşəbbüsü ilə cəsədin qalıqları Səbiskardan çıxarılaraq əvvəlki yerində torpağa tapşırılıb. Səbiskar qəbiristanlığında dəfn olunanlar arasında ədəbiyyatşünas, jurnalist Abdulla Sur, yazıçı, aktyor, tеatrşünas, Nizami türbəsini ilk dəfə təmir etdirmiş Əsgər ağa Gorani, Azərbaycan Demokratik Cümhuriyyətinin baş naziri, görkəmli dövlət xadimi Nəsib bəy Yusibbəylinin ailə üzvləri də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR