Bank Of Baku

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları açıqlanıb

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları açıqlanıb
# 27 iyul 2012 08:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları açıqlanıb. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər Ana dili, Azərbaycan tarixi və Riyaziyyat fənlərindən imtahan verəcəklər. İmtahanda abituriyentlərə hər fəndən 15 sual təqdim olunacaq, test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq. Rus bölməsinin abituriyentləri rus dili fənni ilə yanaşı, Azərbaycan dili fənnindən də imtahan suallarına cavab verəcəklər. Rus bölməsinin abituriyentlərinə Azərbaycan dili fənnindən 5, rus dilindən 10 sual təqdim olunacaq.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər avqustun 1-dən 10-dək seçmə turda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlərə seçmə turun keçirildiyi müəssisənin ünvanı, tarixi və vaxtı yazılmış “Seçmə tura buraxılış vərəqəsi” verilir. Abituriyentlər avqustun 12-dən 22-dək seçmə turlarda iştirak etməli və bundan sonra avqustun 24-dək müvafiq sənəd qəbulu komissiyasında ərizələrini təsdiqlətdirməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR