Bank Of Baku

“İRƏLİ” “Arxeoloji düşərgə 3” layihəsinə start verib

“İRƏLİ” “Arxeoloji düşərgə 3” layihəsinə start verib
# 27 iyul 2012 09:36 (UTC +04:00)
Bakı-APA. “İRƏLİ” Tarix Mərkəzinin ənənəvi “Arxeoloji düşərgə 3” layihəsinə bu il də davam edəcək. APA-nın məlumatına görə, avqust ayından etibarən layihə iştirakçıları Gəncə və Ağsu şəhərləri ərazilərində aparılan arxeoloji qazıntılarda iştirak edəcəklər. Ümumilikdə 20 gün davam edəcək və 40 nəfər gəncin iştirak edəcəyi düşərgələrdə arxeoloji qazıntı işlərinə cəlb olunacaqlar.

Qeyd edək ki, “Arxeoloji düşərgə” layihəsi 2009-cu ildən həyata keçirilir. Layihənin başlıca məqsədi arxeoloji düşərgələr təşkil etməklə, Azərbaycanın tarixi yerlərini tədqiq edərək öyrənmək, arxeologiya elminə gənclər arasında maraq oyatmaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdir.

2009-cu ildə Ordubad, Goranboy və Ağcabədi, 2011-ci ildə Qəbələ və Şəmkir rayonlarında aparılan arxeoloji qazıntılarda ümumilikdə 100 nəfər gənc iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR