Bank Of Baku

Bakıda beynəlxalq gənclər forumu keçiriləcək - FOTO

Bakıda beynəlxalq gənclər forumu keçiriləcək - <font color=red>FOTO</font>
# 27 iyul 2012 09:47 (UTC +04:00)
Bakı-APA. Oktyabrın 28-30-da Bakıda “Sərhədsiz gənclər əməkdaşlığı” adlı beynəlxalq forum keçiriləcək. APA-nın məlumatına görə, Forumun təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, SALTO EECA, SALTO EuroMed, SALTO SEE, SALTO Resurs Mərkəzinin Fransa, Polşa və Sloveniyadakı milli agentlikləri, FRSE (Təhsil sisteminin inkişafı Fondu), MOviT (Gənclərin səfərbərliyinin inkişafı institutu) və Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğudur. Forumun keçirilməsində əsas məqsəd Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramı və tərəfdaş ölkələr arasında qeyri-formal təhsil sahəsi üzrə beynəlxalq gənclər əməkdaşlığının tanınmasının inkişaf etdirilməsidir. 100-dən çox yerli, Avropa və dünya ölkələrindən olan iştirakçının qatılacağı forum ingilis dilində keçiriləcəkdir. Forum barədə daha ətraflı:

http://youthfoundation.az/forum-youth-cooperation-beyond-borders

http://www.salto-youth.net/about/events/forum-ycbb

Forum öncəsi hazırlıq proseslərində iştirak məqsədilə Azərbaycan Gənclər Fondunun əməkdaşları Orxan Ərəbov və Aynur Həsənzadə 22-24 iyul tarixlərində Polşanın Varşava şəhərində səfərdə olub, SALTO Şərqi Avropa və Qafqaz Resurs Mərkəzinin Polşadakı rəsmisi Andriy Pavloviç və digər əməkdaşları ilə görüşüb, forumun təşkilati məsələlərini müzakirə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR