Bank Of Baku

Azərbaycanda 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının keçirilmə tarixi açıqlanıb

Azərbaycanda 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının keçirilmə tarixi açıqlanıb
# 27 iyul 2012 09:32 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının sentyabrın 1-2-də keçirilməsi gözlənilir. TQDK sədri deyib ki, orta ixtisas təhsili müəssisələrinə müsabiqə vəziyyəti ildən-ilə artır. Bu il ötən ilə nisbətən 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə plan yerlərinin sayı 762 yer artıqdır. İmtahan keçiriləcək regionların sayı və hansı regionlarda imtahan keçiriləcəyi 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatdıqdan sonra müəyyən ediləcək: “Çalışacağıq ki, imtahanlar daha çox regionlarda keçirilsin. Hətta iri kəndlərdə də imtahan keçirməyi planlaşdırırıq. 9 illik bazada texnikumlara imtahan verənlər daha çox yeniyetmə uşaqlardır. Ona görə də həmin uşaqlar və onların valideynlərinin imtahanlara daha asan getməyini istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR