Bank Of Baku

Azərbaycanlı gənclərinin Litvada dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilib

Azərbaycanlı gənclərinin Litvada dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilib
# 27 iyul 2012 10:56 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmötindən APA-ya verilən məlumata görə, bakalavr təhsili üzrə müsabiqədə cari tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmiş və ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. I, II və III ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənnindən nisbi balı 80-dən az olmamalıdır. IV ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənni üzrə attestat qiyməti 5 olmalıdır.

Magistratura səviyyəsi üzrə müsabiqədə iştirak etmək hüququna cari tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturasına qəbul imtahanlarında müsabiqə şərtlərini ödəmiş, bununla yanaşı, imtahanın birinci mərhələsində ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmayan bakalavrlar malikdirlər.

Müsabiqədə iştirak etmək istəyənlər 2012-cu il iyulun 30-dan avqustun 9-dək TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər avqustun 10-da TQDK-da ingilis dilində yazı işi (inşa) yazmalı, yazı işindən məqbul alanlar Litvanın Azərbaycandakı səfirliyində müsahibədə iştirak etməlidirlər.

Müsabiqədə müvəffəqiyyət qazananların Litvada təhsil alması dövlət hesabına maliyyələşdirilir. Yataqxana və digər xərclər tələbələr tərəfindən ödənilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR