Azərbaycanda ali məktəblərin II ixtisas qrupu üzrə “İmtahana buraxılış vərəqələri”nin verilməsinə başlanılıb
27 iyul 2012 10:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda ali məktəblərin II ixtisas qrupu üzrə “İmtahana buraxılış vərərqələri”nin verilməsinə başlanılıb. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, bu gündən II ixtisas qrupunun abituriyentləri TQDK-nın rəsmi internet saytından “İmtahana buraxılış vərəqi”ni çap edə bilərlər.
Qeyd edək ki, ali məktəblərin II ixtisas qrupu üzrə imtahanlar avqustun 3-də Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran və Şəkidə keçiriləcək.
Bu qrup üzrə 23346 nəfər sənəd verib. II ixtisas qrupunun imtahanlarına 480 nəfər buraxılmayacaq. Onlardan 233 nəfəri buraxılış imtahanlarından, 247 nəfəri isə rus bölməsi üzrə Azərbaycan dili imtahanından kəsilib. Bununla da II qrup üzrə sənəd verən 23346 abituriyentdən imtahanlarda 22866 nəfəri iştirak edəcək.

Sosial
TƏBİB-in tətbiq etdiyi cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib
18:42
22 may 2024
İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək
16:29
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları Tərtərdə dəfn olunub - FOTO
16:05
22 may 2024
30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sabirabadda dəfn olunub - FOTO
15:56
22 may 2024