Bank Of Baku

Lənkəranda nöqsanlar aşkarlanan çörək sexinin fəaliyyəti dayandırılıb

Lənkəranda nöqsanlar aşkarlanan çörək sexinin fəaliyyəti dayandırılıb
# 27 iyul 2012 12:00 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran ərazi İdarəsinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, reyd bu gün rayonun Vilvan kəndində sahibkar Ağababa Əjdər oğlu Qasımova məxsus çörəkbişirmə sexində reallaşıb. Reyd zamanı bir çox neqativ hallar , o cümlədən sexdə unun saxlanması, xəmirin yoğrulması və bişirilməsi qaydalarının standartlara cavab vermədiyi, çörəyin antisanitar vəziyyətdə bişirilərək istehlakçılara satıldığı aşkarlanıb. Reyd zamanı həmçinin işçilər tərəfindən sanitar-gigiyenik normaların tələblərinə əməl olunmaması da ortaya çıxıb. Nəticədə çörək sexinin rəhbərliyinə ciddi xəbərdarlıq edilib, iradnamə və tələbnamələr təqdim olunub, qeyri-qənaətbəxş olduğu üçün sexin fəaliyyəti dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR