Bank Of Baku

Bölgələrdə yaşayan əlillərə səyyar formada protez-ortopedik bərpa xidmətinə başlanıb

Bölgələrdə yaşayan əlillərə səyyar formada protez-ortopedik bərpa xidmətinə  başlanıb
# 27 iyul 2012 13:12 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin səyyar tibbi-texniki briqadası tərəfindən bu gün Şəkidə bir qrup əlilə səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, son üç gün ərzində həmin briqada tərəfindən Şamaxı-Şəki bölgəsi üzrə 40 nəfərə yaxın əlil şəxs protez-ortopedik bərpa xidməti ilə təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdir müavini Saday Abdullayev bildirib ki, Nazirlər Kabinetinin 103 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, ölkədə əlilliyi olan şəxslərin protez-ortopediya məmulatları ilə təmin edilməsi işləri ambulator, stasionar formada olmaqla yanaşı, səyyar formada da həyata keçirilir. Müxtəlif bölgələrdə yaşayan, dayaq-hərəkət sistemi pozulmuş, protez-ortopediya məmulatlarına ehtiyac duyan əlil şəxslər səyyar tibbi-texniki briqadalar tərəfindən yaşadıqları regionlarda protez-ortopediya və reabilitasiya xidməti ilə təmin olunurlar. Mərkəz tərəfindən 5500-dən çox əlil şəxsə, o cümlədən müxtəlif bölgələrdə səyyar formada 300 nəfərə yaxın əlil şəxsə protez-ortopediya xidməti göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR