Qobustanda qanvermə aksiyası keçirilib
27 iyul 2012 15:53 (UTC +04:00)
Qobustan. Zahid Abışov-APA. Bu gün Qobustan rayonunda qanvermə aksiyası keçirilib. APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, talassemiya və hemofiliyalı xəstələrə yardım məqsədi ilə keçirilən “qan ver və yaşat” aksiyası Qobustan rayon mərkəzi xəstəxanasında baş tutub. Xəstəxananın baş həkimi Elşən Rəcəbov aksiyanın Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirildiyini və gün ərzində 150 nəfərdən çox rayon sakinin könüllü iştirak etdiyini deyib. Qanvermə aksiyasında iştirak edən insanların bəzilərinin qanında xəstəlik daşıyan mikroblar aşkar edildiyindən onlardan qan götürülməsi mümkün olmayıb . Qanvermə aksiyasında rayon sakinləri ilə bərabər Qobustan rayon mərkəzi xəstəxanasının kollektivi də fəal iştirak edib. Qan götürülən insanlara göstərilən xüsusi diqqət sayəsində onların səhhətində hər hansı neqativ hal müşahidə olunmayıb. Tədarük olunan qan və qandan hazırlanmış preparatlar talassemiya və hemofiliyalı xəstəliyindən əziyyət çəkən insanlar üçün qan banklarına təhvil veriləcək.
Sosial
Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı müşavirə keçirilib
19:25
21 may 2024
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib
17:48
21 may 2024
İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib
17:29
21 may 2024
Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı yenilənib
17:27
21 may 2024