Bank Of Baku

Bakıda satışda olan dondurmalarla bağlı yoxlamaların nəticələri açıqlanıb

Bakıda satışda olan dondurmalarla bağlı yoxlamaların nəticələri açıqlanıb
# 28 iyul 2012 11:14 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dondurma istehsalı müəssisələrində və dondurma satılan ticarət obyektlərində aparılan monitorinqin nəticələrini açıqlayıb. Mərkəzin Qidalanma bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, yoxlamalarda məqsəd dondurmaların təhlükəsizlik göstəricilərini araşdırmaq olub. Onun sözlərinə görə, monitorinq zamanı ölkədə satılan dondurmaların təhlükəsizlik parametrləri ilə bağlı problem olmadığı aşkarlanıb: “Analizlər üçün 54 dondurma nümunəsi götürülmüşdü. Onların birində kafi nəticə aşkarlandı, lakin ondan götürülən təkrar nümunənin müayinəsi zamanı nəticələr müsbət oldu”.

İ. Abdullayev bildirib ki, araşdırmalar nəticəsində ötən il gigiyenik sertifikatı ləğv edilən 8 dondurma istehsalı müəssisindən bəzilərinin lisenziyası bərpa edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR