Bank Of Baku

Azərbaycan ekoloji cəhətdən təmiz ölkələrin reytinqində 111-ci yerdə qərarlaşıb

Azərbaycan ekoloji cəhətdən təmiz ölkələrin reytinqində 111-ci yerdə qərarlaşıb
# 28 iyul 2012 11:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ-ın Yel və Kolumbiya universitetləri ekoloji cəhətdən təmiz ölkələrin reytinqini («Environmental Performance Index») tərtib edib. «APA-Economics»in məlumatına görə, reytinqdə birinci yerdə İsveçrə, ikinci yerdə Latviya, üçüncü yerdə Norveç, dördüncü yerdə Lüksemburq, beşinci yerdə isə Kosta-Rika qərarlaşıb. Eyni zamanda ilk onluqda Fransa, Avstriya, İtaliya, Böyük Britaniya və İsveç də yer alıb.

Ümumiyyətlə reytinqə 132 ölkə daxil edilib ki, Azərbaycan bu siyahıda 111-ci yerlə qərarlaşıb. Latviya (siyahıda 2-ci yer) və Litvadan sonra (17-ci yer) postsovet ölkələrindən reytinqdə ən yaxşı yeri Gürcüstan tutur. Belə ki, qonşu ölkə siyahıda 47-ci yerdə qərarlaşıb. MDB ölkələrindən Belarus siyahıda 65-ci yerə, Ermənistan 93-cü yerə, Qırğızıstan 101-ci yerə, Ukrayna 102-ci yerə, Rusiya 106-cı yerə, Moldova 108-ci yerə, Tacikistan 121-ci yerə, Türkmənistan 131-ci yerə, Özbəkistan isə 132-ci, yəni sonuncu yerə layiq görülüb.

Reytinqdə Almaniya 11-ci yerdə, Niderland 16-cı yerdə, Çexiya 18-ci yerdə, Braziliya 30-cu yerdə, İspaniya 32-ci yerdə, Kanada 37-ci yerdə, ABŞ 49-cu yerdə, Səudiyyə Ərəbistanı 82-ci yerdə, Türkiyə 109-cu yerdə, Hindistan isə 125-ci yerdədir.

Siyahını tərtib edənlər qeyd edib ki, 2000-ci ildən 2010-cu ilədək bir çox ölkədə ekoloji vəziyyət yaxşılaşıb. Lakin Rusiya, Estoniya, Bosniya və Herseqovina, Səudiyyə Ərəbistanı və Küveytdə ekoloji durum bir qədər pisləşib. Ən xoşagəlməz ekoloji vəziyyət isə İraq, Türkmənistan və Özbəkistanda qeydə alınıb.

Qeyd edək ki, reytinq 22 parametr üzrə tərtib edilib. Bura suyun və havanın keyfiyyəti, ətraf mühitin insan sağlamlığına təsiri, buxar qazlarının emissiyası, meşələrin ərazisi və s. daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR