Son iki gündə Bakıda 12 nəfər qidadan zəhərlənib
30 iyul 2012 07:55 (UTC +04:00)
Bakı. Sevil Zeynalqız ı- APA. Son iki gün ərzində Bakıda 12 nəfər qidadan zəhərlənib. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, zəhərlənənlərin 7-si xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü qutabdan, digərləri isə qarışıq qidadan zəhərləniblər. Z.Vahidova deyib ki, bu il Bakıda qida zəhərlənməsi ilə bağlı stansiyaya müraciət edənlərin sayı 283 nəfərə çatıb, onlardan 245 nəfər xəstəxanaya yerləşdirilib.
Sosial
Probasiya nəzarətində olan daha 33 nəfərə sosial-psixoloji yardım xidməti göstəriləcək
13:22
11 may 2024
Emin Əmrullayev Türkiyədə görüşlər keçirib
12:30
11 may 2024
“Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda silsilə tədbirlər keçirilir
12:00
11 may 2024
Naxçıvanda göldə boğularaq ölən tələbələr Astarada dəfn olunub
10:30
11 may 2024