Bank Of Baku

ETSN: “Son günlər Azərbaycan ərazisində havanın yağmursuz və isti keçməsi ilə əlaqədar əksər dağ çaylarında sululuq azalıb”

ETSN: “Son günlər Azərbaycan ərazisində havanın yağmursuz və isti keçməsi ilə əlaqədar əksər dağ çaylarında sululuq azalıb”
# 30 iyul 2012 11:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Son günlərdə Azərbaycan ərazisində hava şəraitinin yağmursuz və isti keçməsi ilə əlaqədar əksər dağ çaylarında sululuğun azalması müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 90-120, Lənkəran-Astara bölgəsi çaylarında 65-195, Naxçıvan Muxtar Respublikası çaylarında isə 100-105 faizini təşkil edir.

İyulun 27-dən başlayaraq Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm azalma qeydə alınıb. Lakin iyulun 30-da suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 60 m3/s, ongünlük normanın 39 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm iki dəfə çox olmaqla 155 m3/s və ongünlük normanın 101 faizini təşkil edib.

Son 3 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 18 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 95 m3/s olmaqla, ongünlük normanın 108 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 56 m3/s təşkil edib və ongünlük normanın 64 faizinə bərabər olub.

İyulun 27-dən etibarən Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, iyulun 30-da Kür çayının Surra və Şirvan məntəqələrində suyun səviyyəsi 12 sm, Salyanda 15 sm, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Bankədə isə 7 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 353 sm (2011-ci il iyulun 30-da 432 sm), Şirvanda 225 sm (2011-ci il iyulun 30-da 307 sm ), Salyanda 185 sm (2011-ci il iyulun 30-da 301 sm), Bankədə 230 sm (2011-ci il iyulun 30-da 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 115 sm (2011-ci il iyulun 30-da 149 sm) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR