Bank Of Baku

Əmlak Məsələləri Dövlət Komitəsində yeni struktur dəyişikliyi və kadr təyinatları olub

Əmlak Məsələləri Dövlət Komitəsində yeni struktur dəyişikliyi və kadr təyinatları olub
# 30 iyul 2012 13:01 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Əmlak Məsələləri Dövlət Komitəsində struktur dəyişikliyi və kadr təyinatları olub. APA-nın məlumatına görə, Komitənin İnvestisiyalar və əməkdaşlıq şöbəsinin müdiri Azər Bəşirov vəzifəsindən azad edilərək qurumun yeni yaradılmış Dövlət əmlakının idarə edilməsinin təşkili şöbəsinin müdiri təyin olunub (bundan əvvəl Komitədə Dövlət müəssisələri və əmlakın idarə edilməsi şöbəsi fəaliyyət göstərirdi).
İnvestisiyalar və əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə Həmzə Xəlilov təyin edilib.
Əziz Mirzəyevin müdiri olduğu Orta və iri müəssisələrin özəlləşdirilməsi şöbəsi ləğv edilib. Bununla Ə. Mirzəyev də vəzifəsindən azad edilmiş sayılıb.
Komitənin Dövlət torpaqlarının istifadəsi və özəlləşdirilməsinin təşkili şöbəsinin adı dəyişdirilərək, Dövlət torpaqlarının idarə edilməsi və özəlləşdirilməsinin təşkili şöbəsi qoyulub. Bu şöbənin müdiri əvvəlki kimi Mohuma Heraçiyev qalıb.

Qeyd edək ki, baş nazir Artur Rasizadənin imzaladığı qərarla Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının tərkibində müvafiq dəyişiklər edilib. Vəzifədən azad edilmiş şəxslər Komitənin kollegiyasında yeni təyinat almış kadrlarla əvəz edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR