Bank Of Baku

Azərbaycanın baş kulinarı: “Apteklərdə arıqlama ilə bağlı satılan və reklam olunan dərmanlardan istifadə təhlükəlidir”

Azərbaycanın baş kulinarı: “Apteklərdə arıqlama ilə bağlı satılan və reklam olunan dərmanlardan istifadə təhlükəlidir”
# 30 iyul 2012 13:07 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. ”Bir dərman ki, bədəni sürətlə arıqladır, orqanizmi dəyişir, deməli o, metobalik proseslərə təsir edir. Bu təsir də səbəbsiz ötüşmür. Arıqlama dərmanları bir yandan xeyrini göstərirsə, bir yandan da təhlükə yaradır”. Bu sözləri APA-ya Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri, respublikanın baş kulinarı Tahir Əmiraslanov deyib. Onun sözlərinə görə, apteklərdə arıqlama ilə bağlı satılan və reklam olunan dərmanlardan istifadə təhlükəlidir. T. Əmiraslanov qadınlara müraciət edərək bildirib ki, formada qalmaq üçün idmanla məşğul olmaq və qida rejiminə diqqət yetirmək lazımdır: “Qadın formada qalmaq istəyirsə idmanla məşğul olsun, yemək rejiminə fikir versin, temperamentinə uyğun qidalansın. Mən bütün arıqlama dərmanlarının və estetik müdaxilələrin əleyhinəyəm. Çünki, qadın orqanizmi çox incədir. Qadının bədəninə edilən müdaxilələr gələcəkdə onun dünyaya gətirdiyi uşaqların sağlamlığında özünü büruzə verir. Sağlam olmaq, cavan qalmaq üçün normal həyat tərzi sürmək lazımdır. Az-az, ekoloji təmiz qida qəbul etmək, bədəndə mövcud olan xəstəlilərə uyğun qida sistemi qurmaq qadının formada qalması üçün yetərlidir”.

Dünyada 37 min pəhriz reseptinin mövcud olduğunu deyən baş kulinarın sözlərinə görə, onları kor-təbii istifadə etmək olmaz: “Bir qadın rəfiqəsinin istifadə etdiyi pəhriz reseptindən istifadə edə bilməz. Çünki onun öz bədən quruluşu var, rəfiqəsininki ilə eyni deyil. Birinin tutduğu pəhriz başqasına ziyan edə bilər. Pəhrizə başlamaq üçün bütün orqanlar üzrə həkim müayinəsindən keçmək və bədənin statusunu öyrənmək lazımdır. Pəhriz resepti hər orqanizmə uyğun yazılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR