Bank Of Baku

Azərbaycanda ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb - YENİLƏNİB

Azərbaycanda ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb - <font color=red>YENİLƏNİB</font>
# 30 iyul 2012 14:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

TQDK-dan bildirilib ki, IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 15408 abituriyentlərdən 1010 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 31 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

Test imtahanının nəticəsinə əsasən, 2973 abituriyent (xüsusi qabiliyyət tələb edən və aqrar ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. 2 nəfər maksimal nəticə - 700 bal toplayıb.

Qeyd edək ki, ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 27-də Bakı, Gəncə, Sumqayıt, Şəki, Lənkəran və Naxçıvanda keçirilib.

IV ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

İxtisas seçimi avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR