Bank Of Baku

TQDK: IV ixtisas qrupu üzrə minimal keçid balı aşağı salınmayıb

TQDK: IV ixtisas qrupu üzrə minimal keçid balı aşağı salınmayıb
# 30 iyul 2012 14:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ali məktəblərin III və I ixtisas qruplarından fərqli olaraq, IV ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün minimal keçid balı aşağı salınmayıb. Bunu APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. O bildirib ki görə, IV ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Aqrar ixtisaslar üzrə ixtisas seçiminə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR