Bank Of Baku

Lənkəranda 9 günvurma faktı qeydə alınıb

Lənkəranda 9 günvurma faktı qeydə alınıb
# 31 iyul 2012 07:24 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Yay mövsümü başlayandan bəri Lənkəranda 9 günvurma hadisəsi qeydə alınıb. Bu barədə məlumatı APA-nın Cənub bürosuna Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Məmmədbağır Axundov verib. Onun sözlərinə görə, günvurma hadisəsi barədə məlumat stansiyaya iyunun sonlarında və iyulun ikinci ongünlüyü ərzində daxil olub. Hər iki halda müraciət edən 9 nəfər xəstəyə müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Baş həkim isti hava şəraiti ilə əlaqədar rəhbərlik etdiyi qurum tərəfindən əhali arasında maarifləndirici tədbirlərin gücləndirildiyini qeyd edib: ”Biz günvurmanın fəsadları, isti havada davranış qaydaları barədə tez-tez yerli televiziya qarşısına çıxaraq tamaşaçıları məlumatlandırırıq”.
M. Axundov bu illə müqayisədə keçən ilin yay fəslində rayon üzrə 23 günvurma hadisəsinin qeydə alındığını bildirib: ”Günvurmaya əsasən kiçik yaşlı uşaqlar və ahıl insanlar daha tez məruz qalırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR