Bank Of Baku

IV ixtisas qrupu üzrə qabiliyyət imtahanları başlayır

IV ixtisas qrupu üzrə qabiliyyət imtahanları başlayır
# 31 iyul 2012 07:45 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün IV ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanları başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçən abituriyentlər iyulun 31-dən avqustun 8-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə IV ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.

Qeyd edək ki, 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 27-də keçirilib. 2012-ci ildə IV qrup üzrə 15408 abituriyent ərizə təqdim edib. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR