Bank Of Baku

Azərbaycanda həmkarlar ittifaqlarının yaşlı üzvlərinə torpaq sahələrinin ayrılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq

Azərbaycanda həmkarlar ittifaqlarının yaşlı üzvlərinə torpaq sahələrinin ayrılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq
# 31 iyul 2012 08:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. "Azərbaycanda həmkarlar ittifaqlarının yaşlı üzvlərinə torpaq sahələrinin ayrılması ilə bağlı təkliflər payızda Nazirlər Kabinetinə təqdim olunacaq". APA-nın məlumatına görə, bunun jurnalistlərə aşıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib.

S. Mehbalıyev deyib ki, Azərbaycanda həmkarlar ittifaqlarının yaşlı üzvlərinə torpaq sahələrinin ayrılması ilə bağlı təkliflər hazırdır: "Hazırda həmin təkliflər üzərində təhlillər gedir və payızda bu təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq”. Onun sözlərinə görə, bu gün Azərbaycanda on minlərlə yaşlı həmkarlar ittifaqları üzvləri torpaqsız, bəziləri isə evsizdir: “Ona görə də biz bunun üzərində dayanaraq axıra kimi tələb edəcəyik ki, məsələ həll olunsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR