Bank Of Baku

Səttar Mehbalıyev: “Azərbaycanda bu il ötən illə müqayisədə daha çox vətəndaş istirahət mərkəzlərinə göndəriş alacaq”

Səttar Mehbalıyev: “Azərbaycanda bu il ötən illə müqayisədə daha çox vətəndaş istirahət mərkəzlərinə göndəriş alacaq”
# 31 iyul 2012 08:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycanda bu il 2011-ci illə müqayisədə 15 min nəfər çox vətəndaş istirahət mərkəzlərinə göndəriş alacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib.

S. Mehbalıyev deyib ki, bu, Həmkarlar İttifaqları Konfederasiyasına özəl qurumlardan daxil olan vəsait hesabına həyata keçirilir: “Yay vaxtı ən çox ərizə və şikayətlərlə müəllimlər müraciət edir. Onları da başa düşmək olar, çünki müəllimlərin istirahət etmək üçün vaxt imkanları yay ayılarına düşür. Çalışırıq iyul - avqust aylarında müəllimləri göndərişlər ilə təmin edək”. Onun sözlərinə görə, son 3 ildə əvvəlki illərə nisbətən müəllimlərə 3-4 dəfə artıq göndəriş təqdim olunub: “Konfederasiyanın 1,5 milyondan çox üzvü var və hamını da eyni vaxta istirahətə göndərmək olmur. Bu səbəbdən biz növbəlilik prinsipini əsas götürürük”.

S.Mehbalıyev deyib ki, bu il 60 minə yaxın nəzərdə tutulan göndərişdən artıq 50 minə yaxını təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR