Bank Of Baku

Hava şəraitində ciddi dəyişiklik gözlənilmir

Hava şəraitində ciddi dəyişiklik gözlənilmir
# 31 iyul 2012 09:52 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun hərarəti Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada 25-26, Buzovna, Mərdəkan və Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx və Sahildə 27-28 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR