Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Avropanın həmkarlar ittifaqları ilə əməkdaşlığı gücləndirir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Avropanın həmkarlar ittifaqları ilə əməkdaşlığı gücləndirir
# 31 iyul 2012 10:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Avropanın həmkarlar ittifaqları ilə ölkə vətəndaşlarının qarşılıqlı istirahətinin təşkil edilməsi məqsədilə tədbirlər həyata keçirir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Fuad Məmmədov verib.

O bildirib ki, ilk növbədə Türkiyə ilə bu istiqamətdə tədbirlər görülür: “İki ölkənin həmkarlar ittifaqları arasında imzalanmış anlaşmaya əsasən qarşılıqlı tədris mübadilələri, konfransların keçirilməsi ilə yanaşı, bir sıra peşə sahiblərinin qonşu ölkədə istirahətinin təşkili də yer alır. İl ərzində 100-150 Azərbaycan vətəndaşı Türkiyə kurortlarında istirahəti təşkil olunur ki, bunun gələcəkdə sayının artırılması gözlənilir”.

F.Məmmədov qeyd edib ki, istirahət üçün göndərilən vətəndaşların yol xərclərini çalışdıqları müəssisələrin həmkarlar ittifaqları, istirahət xərclərini isə qarşılıqlı əməkdaşlıq qurulan Türkiyənin müvafiq həmkarlar ittifaqları təşkil edir: “Türkiyədə Azərbaycandan fərqli olaraq müxtəlif sahələr üzrə ayrı-ayrı həmkarlar ittifaqı fəaliyyət göstərir. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası hər biri ilə ayrılıqda əməkdaşlıq edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR