Bank Of Baku

Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı hüquqi baza təkmilləşdirilir

Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı hüquqi baza təkmilləşdirilir
# 31 iyul 2012 11:25 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Gəncədə əlilliyi olan şəxslərin cəmiyyətdə tam iştirakının dəstəklənməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması və sosial hüquqlarının qorunması məqsədilə hazırlanmış layihə sənədlərinin aidiyyatı dövlət qurumları və ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları tərəfindən müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APa-ya verilən məlumata görə, tədbirdə çıxış edən nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri İsgəndər Mustafayev bildirib ki, ölkəmiz BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaqla üzərinə öhdəliklər götürüb. Qeyd olunub ki, ölkədə əlillərlə bağlı tədbirlərin effektiv həyata keçirilməsi, əlilliyi olan şəxslərin edilib ki, Azərbaycanda “2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın həyata keçirilməsi üçün Tədbirlər Planının, “Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramının hazırlanması və onun həyata keçirilməsi Qaydaları”nın, həmçinin “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası və sosial müdafiəsi haqında” qanunun layihələri hazırlanıb. Əsas məqsəd isə əlilliyi olan şəxslərlə bağlı milli qanunvericilikdə təkmilləşdirmələr aparmaqdır.
Layihə sənədlərində əlilliyi olan şəxslərin fərdi reabilitasiyasına xidmət edən qaydaların hazırlanması, 2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair tədbirlərin həyata keçirilməsi, onların sağlamlığının mühafizəsi və bərpası, təhsili və peşəyönümünün yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, informasiya və kommunikasiya texnologiyalarının istifadəsi üçün şəraitin yaradılması, mövcud sosial infrastruktur obyektlərinin əlillər üçün müyəssərliyi ilə bağlı işlərin görülməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR