Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasında Türkiyə səfirliyinin ikinci katibi ilə görüş keçirilib

QHT-lərə Dövlət Dəstəyi Şurasında Türkiyə səfirliyinin ikinci katibi ilə görüş keçirilib
# 31 iyul 2012 12:36 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi Əhməd Doğanla görüşüb. Şuradan APA-ya verilən məlumata görə, Ə. Doğan qurumun fəaliyyəti və Türkiyə qeyri-hökumət təşkilatları ilə Azərbaycanın müvafiq təşkilatları arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti ilə maraqlanıb.

F. Qurbanov qonağa şuranın fəaliyyəti haqqında məlumat verərək iki qardaş dövlətin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin getdikcə genişləndiyini və bu sahədə şura rəhbərliyi tərəfindən bir sıra konkret addımların atıldığını söyləyib. F. Qurbanov Türkiyə xeyriyyə vəqflərinin iş təcrübəsinin Azərbaycan qeyri-hökumət təşkilatları üçün ictimai fəaliyyət örnəyi olduğunu vurğulayaraq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR